KutBilim
Sosyal Bilimler ve Sanat Dergisi

YENİ ŞƏRAİTDƏ ŞƏXSİYYƏT VƏ CƏMİYYƏTİN ƏNƏNƏVİ DƏYƏRLƏR SİSTEMLƏRİNİN YENİDƏN QİYMƏTLƏNDİRİLMƏSİ ZƏRURƏTİ


Assoc. Prof. Yaqut ƏLİYEVA

Məqalədə şəxsiyyət və cəmiyyətin qarşılıqlı dəyərlər sistemləri tədqiq olunur, yeni şəraitdə dəyərlərin yenidən qiymətləndirilməsindən bəhs edilir. Eyni zamanda Azərbaycan cəmiyyətində yeni tərzdə inteqrsiya olunan Şərq və Qərb dəyərlərinin müqayisəli təhlili aparılır və şəxsiyyətin formalaşmasına bazar dəyərlərinin təsiri nəzərdən keçirilir.
İctimai inkişafın keçid dövrlərində həmişə dəyərlərin yenidən qiymətləndirilməsi problemi yaranır. Köhnə dəyərlərin inkarı kəskin sosial dəyişikliklərə, şəxsiyətin oriyentasiyasının itirməsinə (çaşqınlığa) və bənzərsizliyə gətirir, yəni cəmiyyət və şəxsiyyətin həyatının köhnə formalarının inkarına. Tədqiqatın müxtəlif mərhələlərində elmi idrakın əsas metodlarından, o cümlədən induksiya, deduksiya, sistemli-müqayisəli təhlil və sintez metodlarından istifadə edilmişdir. Mövzu ilə bağlı ədəbiyyatın sistemli təhlili aparılmışdır.
Tədqiqatın nəticəsində belə qənayətə gəlinir ki, bu gün Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət qurulmasının aktiv prosesi gedir. Həm ayrı-ayrı şəxsiyyətdən, həm də bütövlükdə cəmiyyətdən yeni şəraitə müəyyən çeviklik göstərməyi və adaptasiyası tələb olunur. Bu gün cəmiyyətin qarşılaşdığı qlobal problemlər yalnız dərk ediləcək və müəyyən məqsədə yönəldilmiş səylər nəticəsində həll oluna bilər. Ancaq, bunun üçün insanların ölkədə və dünyada baş verən proseslər haqqında informasiyaya malik olması və adekvat mənəvi dəyərlər sistemi normalarının yaradılması prosesinin praktik surətdə reallaşdırılması zəruridir. Bu vəzifəyə həm də cəmiyyətin yeni yaranmaqda olan sistemə hazırlanması və fəal şəkildə məlum normalara qoşulması daxildir.


Anahtar Kelimeler: Dəyərlər, Sistem, Şəxsiyyət, Cəmiyyət, Transformasiya, Qloballaşma.

DOI: https://doi.org/10.58642/kutbilim
Yayın Tarihi: 08.06.2023

Kaynaklar | PDF